Amerikanın bir yüksək rütbəli rəsmisi yaxın saatlarda İranın İsrailə hücum edəcəyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar İranın mümkün hücumuna qarşı İsraili müdafiə etməyə kömək etməyə hazırlaşır.
İsrail rəsmiləri isə qeyd edib ki, İranın hücumu Təl-Əvivin şimalında 3 hərbi hava bazası və kəşfiyyat qərargahına ediləcək.
Rəsmilər İranın ballistik raket hücumunun 12 saat ərzində olacağına inandıqlarına bildiriblər. Hücumun PUA və raketlərlə ediləcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ-nin İsraildəki səfirliyi yüksək səviyyəli xəbərdarlıq edib. Diplomatik korpusun əməkdaşlarına sığınacaqlarına girməyə hazır olmaq tapşırılıb. Bu, İranın ötən aprel ayında İsrailə hava hücumundan sonra ilk belə xəbərdarlıqdır.