ABŞ Dövlət Departamenti Qəzzə zolağında atəşkəsin zərurətini vurğulayıb.
İSNA-nın məlumatına əsasən, ABŞ Dövlət Departamenti dünən gecə (18 dekabr) bəyanat yayaraq Qəzzədə dərhal atəşkəsin bərqərar olunmasını və bu məsələnin imkanlar dairəsində olduğunu qeyd edib.
Bəyanatda deyilir: Amerika İsrail və Suriya arasında da daimi stabillik istəyir və 1974-cü il razılaşmasına sadiq qalacaqlarını ümid edir. Minbicdə atəşkəs bərqərardır və Amerika hələ bu zəmində regionda problem müşahidə etməyib.
Bəyanatın davamında iddia edilir ki, ABŞ Suriyanın şimalında gərginiliyi azaltmağa çalışır və SDQ qüvvələri ilə İŞİD terrorçularının məhv edilməsində əməkdaşlıq edir. Dövlət katibi Antoni Blinken bu xüsusda çoxlu cəhdlər də göstərir.
1 şərh
Hi! Would you mind if I share your blog with my facebook group? There’s a lot of people that I think would really appreciate your content. Please let me know. Thank you