Rusiyanın Suriyadakı barış mərkəzinin rəsmisi ABŞ koalisiyasının bu ölkə hava məkanında yaratdığı təhlükələrin davam etməsindən söz açıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən axşam (4 sentyabr) Laziqiyyədə koalisiya qüvvələri 14 dəfə hava məkanında təhlükə yaradıb.
Barış mərkəzi komandanlığının müavini Vadim Kolit mətbuat konfransında deyib: Ötən sutka ərzində ABŞ koalisiyası qüvvələri koordinasiya edilməmiş vəziyyətdə dronlarla 14 dəfə protokollara zidd olaraq Suriya hava məkanını təhlükəyə atıb.
V.Kolit həmçinin deyib: Amerikanın başçılığı altında fəaliyyət göstərən dırnaqarası “Anti-terrorizm” koalisiyası imzalanmış protokolları pozaraq Suriyanın hava məkanında təhlükə yaratmağa davam edir.
Onun sözlərinə görə Suriyada əsas məqsəd əhalinin təhlükəsizliyi, konfliktin sülsevər şəkildə həlli və bu ölkənin problemlərdən qurtulmasıdır.
Vadim Kolit həmçinin rus hərbçilərin Suriyadakı əsas vəzifəsinin bu ölkədə düşmən tərəflə konfliktin həll olunmasına dair sazişlərə nəzarət olduğunu da vurğulayıb.
Kolit Cəbhətin Nüsrə terrorçu qrupunun ötən 24 saat ərzində 10 dəfə Laziqiyyə və İdlib əyalətlərində hava məkanını pozduğunu da qeyd edib.