İraqda fəaliyyət göstərən “Əl Ətar Əl Tənsiqi” Şiə Koordinasiya Komitəsi liderlərindən biri ABŞ-ın komitə qrupları əleyhinə siyasi arenaya qoşulması əleyhinə yumşaq müharibəyə başladığından cəbər verib.
Fars İnformasiya Agentliyinin bu günkü (19 avqust) məlumatına əsasən, Cabbar Əudə deyib: Amerikalılar dəstələrin haqda sosial mediada şayiələr yaymaq və yalanlar uydurmaqla müqavimət rəhbərlərini qınaq və söyüş mərkəzinə çevirməyə çalışırlar.
Bu müharibə növü İraqda əyalət şurası seçkiləri ərəfəsində olduğunu xatırladan C.Əudə daha sonra qeyd edib ki, Amerika bu müharibə növü üçün milyonlarla dollar xərcləsə də, yenə də öz adamlarının seçilməyəcəyindən nigarandır.
Amerikanın heç bir vəchlə müqavimət liderlərinin imicinə zərbə vura bilməyəcəyini, öz çirkin məqsədlərinə çata bilməyəcəyini xatırladan Əudə vurğulayıb: Vaşinqton müqavimət üzvlərini siyasətdən kənar saxlamaq cəhdlərinin puç olduğunu və heç vaxt Tel Əviv-Bağdad münasibətlərinin normallaşmasına nail olmayacağını anladığı üçün indi şayiə yaymaqla şiə rəhbərlərin imicinə zərbə vurmaq istəyir.
1 şərh
To get a bonus of 150$, make any exchange in the Zeus Exchange using Promo code “CODE-2023-GO08”