ABŞ dövlət katibi bu gün (6 vevral) Misirə səfər edib.
Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Qərbi Asiya bölgəsinə 5-ci səfəri çərçivəsində Antoni Blinken bu gün Misir paytaxtı Qahirəyə daxil olub.
Səfər çərçivəsində ABŞ-ın top diplomatı Qahirədə Misir prezidenti Əbdülfəttah Əl Sisi ilə görüşərək Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılmasının asanlaşdırılması və bütün girovların azad edilməsinin təmin edilməsi səylərini müzakirə edəcək.
Qeyd edək ki, bu, Blinkenin İsrail-Həmas münaqişəsi başlandığı 7 oktyabrdan sonra beşinci səfəridir. Blinken fevralın 5-də Səudiyyə Ərəbistanında səfərdə olub.