Yəmən rəsmilərindən biri sionist rejim əleyhinə dəniz məhdudiyyətlərinin davam edəcəyini vurğulayaraq Fələstin mühasirəsi bitməyənə qədər mübarizənin də davam edəcəyini deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nəsrəddin Amir bu gün (16 mart) deyib: Qəzzə xalqına aclıq çəkdirmək ABŞ və İsrailin əsas məqsədidir. Biz Amerikadan qorxsaydıq, Qəzzəyə arxa durmazdıq.
Yəmən Media Təşkilatının sədr müavini Nəsrəddin Amir əlavə edib: Biz sadəcə Qəzzənin mühasirədən çıxmasını tələb edirik. Yəmənin Qırmızı dənizdə İsrail yönümlü gəmilərə qarşı məhdudiyyətlərin də əsas məqsədi Qəzzə zolağının sionistlərin mühasirəsindən çıxmasıdır. Biz bu məqsədimizə yetişənə qədər məhdudiyyətlər də davam edəcək. Biz Allah yolunda fədakarlıqdan çəkinmirik və cihad yolumuza davam edəcəyik.