İsrailin “Valla” xəbər saytı məlumat verib ki, sionist rejimin hərbi kəşfiyyat şöbəsinin qəfil qərarı ilə bu rejimin 8200 bölməsinin komandanı briqada generalı Yossi Şariel yaxın həftələrdə istefa verməyi planlaşdırır.
Qafqaztimes xəbər verir ki, “8200” bölməsi sionist rejimin ən böyük elektron casusluq bölmələrindən biridir və bu rejimin elektron casusluğunun onurğa sütunudur. Bu bölmə rejimin hərbi kəşfiyyat xidmətinin mühüm və əsas hissəsidir. Onun əsas vəzifələri müasir texnoloji vasitələrdən istifadə etməklə məlumat toplamaq və təhlil etməkdir ki, bu da onu işğalçı rejimin kəşfiyyat və müşahidə sisteminin təməl daşına çevirib.
“Valla” informasiya bazasının hesabatında qeyd olunmayan məqam ondan ibarətdir ki, bu qərar Livan Hizbullahının 8200 bölməsinin Tel-Əviv yaxınlığındakı “Qalilot” bazasında yerləşən əsas qərargahına hücumundan bir həftə sonra verilib. Bu hücum əslində işğalçı rejiminin təcavüzünə cavabın bir hissəsi idi – İşğalçı regimin uyğun hücumu Hizbullahın yüksək komandiri Fuad Şükr və bəzi uşaqlar da daxil olmaqla bir qrup mülki şəxsin şəhid olması ilə nəticələnmişdi.
Şübhə yoxdur ki, Livan İslami müqavimətinin şəhid Fuad Şükrün qətlinə cavabı ən yüksək dəqiqlik və müvəffəqiyyətlə həyata keçirilib və bu rejimin quruluşuna ciddi zərbə vurdu və bu bölmənin bacarığı və gücü haqqında toxunmuş bütün əfsanələri darmadağın etdi.
Bu səbəbdən sionist rejim briqada generalı Yossi Şarieli kənarlaşdırmalı oldu; Əslində, bu zabit nəinki bu rejimi müqavimətin raket və pilotsuz təyyarələrindən qoruya bilmədi, hətta onların atış vaxtını belə təxmin edə bilmədi. Həmçinin Hizbullahın pilotsuz təyyarələri və raketləri qarşısında sahib olduğu binanın təhlükəsizliyini də qoruya bilmədi.
Qalilot bazası (sionist rejimin iddiasına görə, Yaxın Şərq regionu və hətta bütün dünya üzrə casusluq edir) böyük zərbə alıb və bu rejimə vurulan can və pul itkisi qat-qat ağırdır. Buna görə də sionist israil öz böyük zabitini kənarlaşdırmalı oldu. Əlbəttə bəzi təsdiqlənməmiş məlumatlarda bu zabitin Hizbullahın qisas hücumunda yaralandığı bildirilir.
Al-alam
1 şərh
Heeya fantastic blog! Doess running a bllog like thiis ttake a grat dral of work?
I have virtually no knoeledge oof computer prgramming owever I had besn hopkng to start
mmy ownn blogg in the near future. Anyhow,
sholuld yoou havfe aany recommendations oor tiips ffor nnew blog owners pleaxe share.
I kbow this is off topic however I simplyy hhad too ask.
Thanks!