Sionist rejimin Rusiyadakı müvəqqəti işlər üzrə vəkilini Ukraynaya dəstək mövzusu və rəsmi Moskva əleyhinə bəyanatlara görə Xarici İşlər Nazirliyinə çağırılıb.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (27 iyun) Rusiya XİN-i İsrail Ukraynadakı səfirinin ifratçı Almaniya nasistlərinə dəstək tipli bəyanatlarına görə Moskvadakı müvəqqəti işlər vəkilindən izahat istəyib.
Məlumatda deyilir: Moskvada olan İsrailin müvəqqəti işlər vəkili Ronen Kraus Kiyevdəki sionist səfir Mixail Brodskinin son bəyanatlarına aydınlıq gətirmək üçün XİN-ə çağırılıb. M.Brodski deyib ki, nasist Almaniyasının Ukraynadakı tərəfdaşlarına haqq qazandırma prosesini dayandırmaq imkansızdır və Ukrayna hakimiyyəti ilə əməkdaşlığı Stepan Banderanın təriflənməsi ilə əlaqələndirmək olmaz.
Rusiya XİN-i elan edib: Biz İsrail diplomatının diqqətini bu danışıqlara çəkdik və cavabları qaneedici deyildi.
Stepan Bandera Ukrayna millətçiliyinin əsas ideoloqu və nəzəriyyəçisidir. SSRİ zamanında DTK və rus kommunist ideologiyası onu almanların agenti adlandırırdı. Bu böyük ideoloqun nüfuzunun zədələnməsi istiqamətində təbliğat o dərəcədə ifrata varmışdı ki, onu eyni zamanda polyakların casusu adlandırılanlar da olub.
Uzun illər S. Banderanın adı ukraynalılar üçün bir azadlıq simvoluna çevrilib. SSRİ zamanı S. Banderanın portretləri dissident hərəkatının bayrağı kimi dalğalanıb.
S. Banderanın ideyalarının tərəfdarları daha çox Qərbi Ukraynada mövcud olub. Hətta Sovet sisteminin cəza aparatı banderaçıları öz yolundan döndərə bilməyib.
S. Bandera Ukraynanın azadlıq simvolu hesab olunub.
