QafqazTimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının noyabrın 10-dan bu yana 17 nəfəri edam etdiyini açıqlayıb.
“Əl-Məyadin” telekanalının verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanında edamlar yalnız hökmlər icra olunduqdan sonra təsdiqlənir, ona görə də hazırda ölüm hökmündə olanlar haqqında məlumat yoxdur.
Birləşmiş Millətlər Təşkilatının hesabatının davamında bildirilir ki, bəzi məlumatlara görə, İordaniya vətəndaşı Hüseyn Əbül Xeyr yaxın bir zamanda edam olunmaq təhlükəsi ilə üzləşə bilər.
Agence France-Presse-in cümə günü (18 noyabr) açıqladığı statistikaya görə, Səudiyyə Ərəbistanı 2022-ci ildə keçən illə müqayisədə iki dəfə çox insanı edam edib. Beynəlxalq insan haqları təşkilatları bunu kəskin şəkildə pisləyir.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “WAS” da cümə axşamı (17 noyabr) bildirib ki, Ər-Riyad hökuməti bir Səudiyyə Ərəbistanı və bir İordaniya vətəndaşını bu ölkənin Əl-Cəvf bölgəsində qeyri-qanuni amfetamin həbləri qaçaqmalçılığında günahkar bilindikdən sonra edam edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında narkotik ticarəti ittihamı ilə Suriya vətəndaşının ölüm hökmündən sonra ərəb dili sosial media istifadəçiləri Səudiyyə hökumətinin bu hərəkətinə “Əl-Səudiyyə” həştəqi ilə reaksiya veriblər.
Amnesty İnternational təşkilatını öz bəyanatında bildirib ki, son edamlar Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyasının 2021-ci ilin yanvarında elan etdiyi narkotiklə bağlı hökmlərinin rəsmi dayandırılmasına hörmət edilmədiyini göstərir.