Fələstin müqavimətinin mübarizlərindən olan Xızır Adnan 86 gün etiraz aksiyasından sonra sionist rejim həbsxanasında şəhid olub.
Əl Aləm telekanalının məlumatına əsasən, sionsit rejim həbsxanalar təşkilatı bu gün səhər (2 may) rəsmi bəyanat yayaraq sübutsuz həbsinə etiraz olaraq aclıq aksiyasi Xızır Adnanın şəhid olduğundan xəbər verib.
Yədiut Aharanut qəzeti Xızır Adnanın huşsuz vəziyyətdə kamerada tapıldığını iddia edərək yazıb ki, o, xəstəxanaya köçürüldükdən sonra vəfat edib.
Sionist rejim hərbi məhkəməsi X.Adnanın azadlığa buraxılması tələbi ilə razılaşmamışdı.
Fələstin İslammi Cihad Hərəkatı işğalçı rejimi Şeyx Adnanın şəhadətində tam təqsirli olduğunu, bu rəftarın cinayət olduğunu elan edib.
Qeyd edək ki, Cənində yerləşən Ərabeh qəsəbə sakini Xızır Adnan sırf İslami Cihad Hərəkatına üzv olduğu üçün 12 dəfə həbsə düşmüşdü.