Livan Hizbullahı bəyanat yayaraq bu gün şəhid olan 2 müxbir-jurnalist və digər vətəndaşlarının qanını yerdə qoymayacağını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah bu gün (21 noyabr) elan edib: Düşmən cinayətlərinin nəticəsində 2 müxbirimiz Fərəh Ömər və operator Rəbi Əl Memari şəhid oldu.
Hizbullah bu iki jurnalisitin şəhid olması münasibətilə xalqa başsağlığı verərək deyib: Sionist rejimin cinayətkarlığı nəticəsində şəhid olan müxbir İsam Abdullahı da nəzərə alarıqsa, işğalçı rejimin medianın rolunu danmadığını, məhz müxbirləri hədəfə aldığını anlamaq çətin deyil. Bu isə onların mediadan hürkdüyünün göstəricisidir.
Bəyanatda həmçinin deyilir: Beynəlxalq təşkilat, media və insan haqları təşkilatlarından keçən cinayətlərlə birlikdə bu cinayəti də nəzərə alıb müvafiq qərarlar verməsini tələb edirik.
Hizbullah həmçinin bu iki müxbirin qanını yerdə qoymayacağını və düşmənə tutarlı cavab verəcəyini də vurğulayıb.
Xatırladaq ki, bu gün sionist rejim ordusunun Əl Məyadin telekanalının xəbər komandasına bu telekanalın bir qadın müxbiri və bir operatorunun şəhadətinə səbəb olan hücumu qınaq dalğası ilə qarşılanıb.
1 şərh
Ecoterra: a blockchain ecosystem for user rewards and company action on climate change https://ecoterra-23n.pages.dev