Livanlı professor: Amerikanın iqtisadi terrorundan zərər çəkənlər BRİCS qatarına qoşulacaq.
Professor Məhəmməd Murtuza Əl Aləm telekanalı ilə müsahibədə deyib: Dünya sürətlə inkişaf etməkdədir və bu böyük dəyişikliyin əsas əlaməti siyasi-iqtisadi aktivləşmədir. Amerikanın saknsiya siyasətinə məruz qalan və hal-hazırda aktiv rol oynaya biləcək hər hansı bir ölkə bu nizamı dəyişmək məcburiyyətindədir.
M.Murtuza Amerikanın dəfələrlə etdiyi səhvlərə işarə edərək deyib: BRİCS iqtisadi-siyasi mövqeyi olan ölkələrin bir-biri ilə əlaqəsini zəiflətmək, inkişafın qarşısını almaq istəyən imperialistlərəmeydn oxuyan bir qurumdur.
Livanlı professor həmçinin deyib: Təbii ki, Amerikanın iqtisadi siyasətindən və bu ölkənin iqtisadi terrorizmindən ziyan görən hər bir ölkə BRİCS qatarına qoşulacaq.
M.Murtuza xatırladıb: BRİCS dolların hökmranlığı və Qərbin valyutası və iqtisadiyyatı ilə mübarizə aparmaq üçün tədbirlər görmək niyyətində olduğunu iqtisadi-siyasi cəhətdən aşılayıb. BRİCS sivilizasiya baxımından Qərblə qarşı-qarşıya gəlmək istəmir, əksinə Qərbin siyasi və iqtisadi hökmranlığı ilə üzləşmək istəyir.