İslam İnqilabının Aliməqam Rəhbəri Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirləri ilə görüşdə İslam Respublikasını olduqca mühüm və strateji əhəmiyyətə malik bir region adlandıraraq deyib: İran müstəqilliyi düşmənlərə bac verməməyi təkcə siyasi məsələ kimi deyil, həm də dini vəzifə kimi qəbul etmişdir.
Həzrət Ayətullah Xamenei həmçinin “22 bəhmən”i milli birliyin təzahürü, xalqın qarşılıqlı etimadı, izzət və aramlıq adlandıraraq deyib: Bu gün ordu xalqla birlikdə və xalq arasındadır. Keçmişdə Amerikadan alınan təyyarənin hissələrinə toxunmaq haqqı olmayan İran bu günkü sanksiyalara baxmayaraq təyyarə istehsal edir, ixtiralar yaradır və qeyri-adi tədqiqatlar aparır.
İnqilab Rəhbəri çıxışının sonunda Türkiyə və Suriyada baş verən zəlzələdən zərər çəkən xalqa təsəlli olaraq buyurub: Bu müsibət bizim də başımıza gəlib. Zəlzələ zamanı ailə üzvləri və əzizlərini itirənlər üçün nə qədər ağır və acı olduğunu yaxşı bilirik. Onların dərdini dərk edir, Allah Taaladan onlar üçün səbir və mənəvi sakitlik arzulayırıq. Şükürlər olsun ki, bu işdə İranın məsuliyyətli şəxsləri Türkiyə və Suriya xalqına lazımi yardımlar edib və edəcəklər.