İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Fələstində bir orta məktəbin sionist İsrail rejim hərbçiləri tərəfindən sökülməsinə reaksiya olaraq deyib: Sionist cinayətkar rejim, dünən fələstinli uşaqların məktəbini dağıtmaqla kifayətlənməyib bu gün vəhşiliklə onların canlarını alıb.
İRNA-nın verdiyi məlumata əsasən, İran XİN sözçüsü Nasir Kənani dünən (9 may) mətbuat konfransında sionist İsrail rejimin yeni cinayətlərinə fikir bildirərək deyib: Bu cinayətkar rejim fələstinli uşaqların yuxuda gördükləri kabuslarındakı körpə qatili xortdandır”
Xatırladaq ki, ötən bazar günü sionist rejim hərbçiləri işğal olunmuş Fələstində təqribən 100 şagirdi olan “Cəbbul Zəyb” adlı orta məktəbi sökmüşdü. Saxtakar rejimin bu rəftarı bütün beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına məruz qalmışdı.