Qafqaztimes xəbər verir ki, Türkiyə prezidenti sionist İsrail rejiminə xəbərdarlıq edib ki, ölkəsinin hərbi qüvvələrini işğal olunmuş ərazilərə göndərə bilər.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan müsahibəsində bildirib ki, Türkiyə hərbi qüvvələri keçmişdə Qarabağ və Liviyaya göndərildiyi kimi işğal olunmuş Fələstin ərazilərinə də daxil ola bilər.
Ərdoğan “Halk TV” kanalına müsahibəsində sionist rejimin Qəzzədə HƏMAS-a qarşı son müharibəsinə toxunaraq deyib: Biz çox güclü olmalıyıq ki, İsrail bu işləri fələstinlilərə qarşı edə bilməsin.
O, bəyan edib: “Biz Qarabağa və Liviyaya necə girmişiksə, onlarla da (İsrail rejimi ilə) eyni şeyi edəcəyik. Mümkün olmayan şey yoxdur. “Bu cür hərəkətləri etmək üçün güclü olmalıyıq”.
Bu telekanalın xəbərinə görə, Ərdoğan Fələstinə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.
Alalam