Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail baş naziri Netanyahunu Türkiyəyə dəvət etməsi Fələstin hərəkatlarının etirazına səbəb olub.
Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin müqavimət hərəkatları Ərdoğanın bu rəftarı barədə deyiblər ki, o, bu ilin əvvəlindən 200 fələstinlinin ölümünə cavab olaraq Netanyahunu qonaq çağırmaqla onun xəcalətindən çıxmaq istəyir.
Məlumata görə sionist rejimin baş naziri Netanyahu iyulun 28-də Türkiyəyə rəsmi səfər edəcək və fələstinli müqavimət hərəkatları həmrəyliklə bəyanat yayaraq elan edib: Biz bu dəvətdən şoka düşdük. Xüsusilə də sionist rejimin Fələstin xalqına etdiyi zülmlər və son günlərdə qəsəbəsalma siyasətinin gücləndirdiyi, ilin əvvəlindən 200 fələstinlinin şəhid edildiyi, onlarla yaşayış evinin bombalandığı, yüzlərlə insanın avara qaldığı bir dövrdə müsəlman dövlətinin belə bir dəvəti qəbuledilməzdir.
Cinayətkar nazirlər kabinetinı güc axtaran radikalların Fələstin xalqı əleyhinə yeni cinayətlər törətməsinə yardım etməkdə ittiham edilən Türkiyə dövlət başçısına xitab edilən bəyanatda daha sonra deyilir: Ərdoğandan məzlum Fələstin xalqının yaralarına duz səpən bu dəvəti geri götürməsini istəyirik. Çünki bu dəvət qəsbkar sionist rejimin Qüds, İordan çayının qərb sahili və digər işğal olunuş ərazilərdə cana gəlməsinə səbəb olacaq.
Bəyanatda həmçinin Türkiyə dövlətindən Fələstin mövqelərini müdafiə etməsi tələb edilib.