Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü Səna heyətinin Riyazda keçirdiyi müzakirələrin müsbət və ciddi olduğunu açıqlayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əli Əl Qəhum Omanın vasitəçilyi ilə keçirilən bir neçə günlük danışıqların effektiv olacağına ümidvarlıq edib.
Ötən cümə axşamı günü Səudiyyə Ərəbistanı bəyanat yayaraq Yəmən Milli Nicatın Ənsarullah Hərəkatı heyətini atəşbəs və mövcud konfliktin diplomatik həlləri zəminində müzakirələri təkmilləşdirmək üçün dəvət Riyaza dəvət etdiyi elan etmişdi.
5 gün sürən bu danışıqlardan sonra Əl Qəhum deyib: Bu müzakirələrin ciddi və müsbət olması konfliktin humanitar və dostcasına olduğunu nəzərə alaraq problemin tezliklə həll olunacağına ümid edirik.
Xatırladaq ki, 1994-cü il martın 26-da Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi zamanı koalisiya qüvvələri “Qətiyyətin Tufanı” adlı hava hücumları ilə başlanan Yəmən-Riyaz münaqişəsində bu günə kimi Yəmən minlərlə yaralı və şəhid verib.
