Əl Qəssam batalyonu 2014-cü ildə sionist rejim zabiti Hedar Goldenin əsir götürülməsi barədə detallı məlumatlar verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas İslami Müqavimət Hərəkatının bir qolu olan İzzəddin Əl Qəssam batalyonu zabiti dünən (1 avqust) axşam 2014-cü il Rəfəhdə Hedar Goldenin əsir götürülməsi barədə bəzi məqamları ifşa edib.
Əl Qəssam zabiti deyib: Batalyonumuzun mübarizi Vəlid Məsud vasitəçilər qrupuna hücum edərək onları öldürdükdən sonra onların komandirlərlə əlaqəsi kəsildi. Beləliklə də əməliyyat uğurla başa çatdı.
Batalyon zabiti tam mühafizəkarlıqla bəzi faktlara da işarə etdikdən sonra düşmən sionistlərə xitabən deyib: Bizim zabitlərimizi şəhid edən avtomobilin kimə və haraya aid olduğu bizə məlum olduğu üçün nələr olduğunu siz özünüz yaxşı bilirsiniz.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Əl Qəssam batalyonunun 35 illik yubileyində əsir götürülmüş sionist Hedar Goldenin silahının nömrəsi nümayiş etdirilmiş, işğalçıların Rəfədəki məğlubiyyəti və Əl Qəssamın uğurları bir daha ictamiyyətə təqdim edilmişdi.
Sionist zabit Hedar Golden 2014-cü il avqustun 1-də Rəfəh şəhərinin şərqində keçirilən əməliyyatda əsir götürülüb.