Yəmən Siyasi Ali Şurasının sədri ABŞ və İngiltərə yaraqlılarının ölkəyə daxil olmasına reaksiyada onların ayaqlarının yorğanlarına görə uzatmamaları barədə xəbərdarlıq edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Mehdi Əl Məşat bu gün (30 avqust) Amerika və İngiltərənin Yəməndə yeni şübhəli rəftarları barədə xəbərdarlıq edərək deyib: Ötən həftə Yəmən qazını oğurlamaq məqsədi ilə Ədən körfəzinə gələn 2 gəmi ilə mübarizə apardıq. Onlar 4 dəfə geri çəkilib yenidən hücuma keçirdilər.
Mehdi Əl Məşat həmçinin Yəmənin son günlərdə Qırmızı Dənizdə keçirdiyi raket sınaqlarından xarici qüvvələrin təşvişə düşdüyünü də qeyd edərək deyib: Biz qaz oğruluğuna gəlmiş o 2 gəmiyə həddən artıq yaxınlaşdıqları təqdirdə vurulacaaqları barədə xəbərdarlıq etmişdik.
“Əlbəttə İngiltərə və ABŞ dəniz yaraqlılarının Yəməndə yerləşməsi barədə də məlumatımız olduğu üçün bir daha xəbərdarlıq edirik ki, ayaqlarını yorğanlarına görə uzatsınlar. PUA və raketi olan Yəmənin barmağı tətikdədir.
1 şərh
рабочий промокод 1xbet на сегодня https://justinekeptcalmandwentvegan.com/wp-content/pages/code_promo_76.html