Əl Əqsa məscidinin xətibi deyib: İşğalçı rejim “Şərqi qüdsün 5 illik inkişaf planı”nın tezliklə təsdiqlənməsi ilə Qüdsü tamamilə yəhudiləşdirmək istəyir.
Əl Aləm telekanalının məlumatına əsasən, Şeyx Əkrəm Səbri deyib: Beytül Müqəddəsin qərbindən şərqə tərəf gedən hər biş şəxs açıq-aşkar fərqli xidmətlərin mövcudluğunu sezir. Beytül Müqəddəs cammatı bircə mənzil belə inşa etmək hüququna malik deyil və işğalçılar müxtəlif maneələr və ağır xərclərlə insanlara əzab verirlər.
Əkrəm Səbri həmçinin qeyd edib: Sionist rejimin qoyduğu ağır xərclərlə və yaratdıqları manelərlə heç bir şəxs Beytül Müqəddəsdə ev tikə bilməz. Elə buna görə də xalq təzyiq altındadır və sözün əsil mənasında sionist qəsəbələri Beytül Müqəddəsi mühasirəyə alıb udmaqdadır.
Xətib həmçinin vurğulayıb: Dünyanın sionist lobbisi Beytül Müqəddəsdə qəsəbəsalma layihəsi üçün milyardlarla dollar kapital qoyduqları halda məzlum Fələstin xalqı üçün heç bir büdcə nəzərdə tutulmur.
Fələstin Özünüidarə Təşkilatının dəstəyinin olmamasından təəsüflənən Əkrəm Səbri deyib: FÖT istəyərsə, müxtəlif vasitələrlə dəstək verə bilər. Amma təəssüflər olsun ki, bəziləri hansısa bir təşkilata dəstək göstərirlər.