Bakıda təhlükəli anlar: Qəza törədən sürücü hadisə yerindən qaçdı – ANBAAN VİDEO

Havanın qaranlıq vaxtı sürücünün yolda manevr qaydalarını kobud surətdə pozması digər sürücülərin həyatı üçün də təhlükə yaradıb.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisənin Zabratda baş verdiyi ehtimal olunur. 10-VF-646 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil manevr qaydalarını pozaraq, eyni istiqamətdə hərəkətdə olan yük və minik maşınlarının arasından keçib. Bu zaman “Mercedes”in sol hissəsi digər minik avtomobilinə dəyib. Buna baxmayaraq, sürücü hərəkəti davam etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə ilə bağlı məsələ araşdırılır. Araşdırmalar nəticəsində müvafiq tədbirlər görüləcək.

Videonu təqdim edirik:

Related posts

Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO