Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO

Paytaxtın müxtəlif yerlərində, xüsusilə də Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Nəsimi Dövlət Yol Polis Şöbəsi tərəfindən aşkar edilən faktlar nəticəsində araşdırma aparılıb və sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində 90-BA-046 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü Əbülfəz Eldar oğlu Süleymanovun müxtəlif vaxtlarda avtomobilin dövlət nömrə nişanlarını çıxararaq təhlükəli manevrlər etməsi müəyyən olunub. Xüsusilə Nəsimi rayonu Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Salamzadə küçələrində avtoxuliqanlıq edən şəxsin avtomobildə konstruksiya dəyişiklikləri etdiyi də müəyyən olunub.

Müxtəlif vaxtlarda ciddi qayda pozuntuları edərək videoya çəkib sosial şəbəkələrdə paylaşan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü bir il sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO