Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik

Kolumbiyanın sionist rejimlə diplomtik əlaqələrini kəsməsi beynəlxalq aləmdə rezonanslara səbəb olub.

İRNA-nın məlumatına əsasən, bir Latın Amerikası ölkəsinin Tel Əvivlə Qəzzə müharibəsindəki scinayətlərinə xatir diplomatik əlaqələrini tamamilə qırması ilə yanaşı ABŞ universteti tələbələrinin üsyanı İsrail rejiminin imicnə böyük zərbə endirib.

Kolumbiya prezidenti Qustavo Petro deyib: Fələstin ölərsə, insanlıq ölmüş deməkdir. Biz isə insanlığın ölməsinə razı deyilik.

Məlumatda qeyd olunur ki, Kolumbiya ticarət sektorunda sionist rejimin ən böyük ortaqlarından biri idi.

Xatırladaq ki, may ayının 1-i Kolumbiyanın Xarici İşlər Nazirliyi sionist rejimlə diplomatik əlaqələrin kəsilməsinin elanından sonra irəli sürülən antisemitizm ittihamlarını açıq şəkildə rədd edərək vurğulayıb: “Kolumbiya İsrailin cinayət ortağı ola bilməz.”

Kolumbiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Prezidenti Qustavo Petronun sionist rejimlə diplomatik əlaqələri kəsmək barədə açıqlaması ilə bağlı bəyanat yayaraq bildirib: “Bu qərar sırf diplomatik münasibətləri kəsmək məqsədi daşıyır və heç vaxt İsrail xalqına və ya yəhudi icmalarına qarşı deyil. Çünki biz tarixi bağlar və davam edəcək dostluq birləşdirir.”

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı