Şəhid Seyid Həsən Nəsrullahın qızı deyib: Sionist rejim düşünürdü ki, müqavimət cəbhəsinin əsas liderinin aradan qaldırılması regionda müqavimət hərəkatına son verə bilər, lakin müqavimətin aradan qaldırılması İsrail rejimi üçün əlçatmaz bir arzudur.
Şəhid Seyid Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah Press TV-yə müsahibəsində deyib: Sionistlər inanırdılar ki, Seyid Həsən Nəsrullahı şəhid etməklə müqaviməti məhv edə bilərlər. Amma İsrail rejiminin bu inancı tamamilə yanlışdır.
O əlavə etdi: Seyid Həsən Nəsrullah bilirdi ki, öz ideallarını müdafiə etmək yolunda nəhayət şəhid olacaq. Lakin o, İsrail işğalına və Amerika hökmranlığına qarşı müqavimətini davam etdirməkdən heç vaxt çəkinmədi.
Seyid Həsən Nəsrullahın qızı dedi: Bəziləri düşünə bilər ki, Seyid Nəsrullah zirzəmidə yaşayır, bu əhvalat sionist düşmənin daim təbliğ etməyə çalışdığı bir xəbərdir, halbuki bu əhvalat tamamilə yalandır və hər kəs bundan xəbərdar olmalıdır.
Zeynəb Nəsrullah dedi: Seyid Həsən Nəsrullah təkcə müqavimətin əsas sütunu və Fələstin davasının böyük qəhrəmanı deyildi; O, ailə başçısı, mehriban ata və qayğıkeş baba idi, baxmayaraq ki, ailəsi ilə nadir hallarda görüşmək şansı olurdu.
Şəhid Nəsrullahın qızı əlavə edib: Dünyada milyonlarla insan günahsız insanların həlak olduğunun tamaşaçısı olduğu bir vaxtda Seyid Həsən müstəkbir güclərə qarşı dayandı.
O dedi: Seyid Həsən üçün insanların həyatını xilas etmək, onların iqtisadi vəziyyəti, səhiyyə sistemi və cəmiyyətin ehtiyacları həmişə prioritet olub. O, başqalarına hər cür kömək etməyə sadiq idi.
Zeynəb Nəsrullah davam etdi: Biz Seyid Həsən Nəsrullahın ailəsi bütün müharibə boyu Beyrutda qaldıq. Qaçmağımızla bağlı şayiələrin əksinə olaraq.
Şəhid Nəsrullahın qızı əlavə edib: İsrail rejimi müqavimətin əsl mahiyyətini anlamır və başa düşmür ki, müqavimət, nə qədər görkəmli olsa da bir nəfərə arxalanmır.
O, davam etdi: Livan millətinə qarşı amansız təcavüzkar hücumlara baxmayaraq, sionistlər hərbi məqsədlərindən heç birinə nail ola bilmədilər.
Şəhid Nəsrullahın qızı deyib: Sionist rejim düşünürdü ki, müqavimət cəbhəsinin əsas rəhbərinin regionda vəzifəsindən uzaqlaşdırılması müqavimət hərəkatına son verə bilər, lakin bu, uzaq xəyaldır.
Qafqaztimes
Al-alam