QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Böyük fəlakətlər, o cümlədən pandemiya zamanı dövlətin həqiqi gücü ortaya çıxır. Güclü dövlətlər COVİD-19 başlayan kimi vaksin üzrə tədqiqatlara start verdilər. Çin, Almaniya, ABŞ kimi güclü iqtisadiyyatlı ölkələrlə birlikdə İranda da tədqiqatlar başladı. Bu gün İran əhalisinin yarıdan çoxu milli istehsal olan vaksinlə peyvənd edilib. Ukrayna da böyük dövlət olmaqda iddialıdır. Kiyevdə dövlət yox, alimlər məsuliyyət hiss edib tədqiqata başladlar. Bu gün məlum olur ki, tədqiqatlar yarımçıq saxlanılıb. Hüceyrə biologiyası institutunun direktoru Andrey Sibirniy deyib ki, dövlət layihəni himayə etmədiyi üçün işi başa çatdıra bilmədik! Belə çıxır ki, Ukrayna ağır iqtisadi durumdadır və vaksin istehsalı üçün pulu yoxdur. Ola bilər. ABŞ-ın təhriki ilə bütün imkanlarını Donbasa sərf edən Kiyevin vaksinə pul tapmaması təbii görünür.
Zelenskini xalqın sağlamlığı maraqlandırmır!
Əvvəlki yazı