QafqazTimes.com TASS-a istinadən xəbər verir: Ukrayna prezidenti Zelenski ötən günkü müraciətində NATO, ABŞ, Avropa ölkələrini xəyanətdə ittiham edib. O deyib: NATO Ukrayna şəhərlərinin bombalanmasına yaşıl işıq yandırdı. Onlar uçuşa qadağa zonası yaratmaqdan imtina etməklə bombardmana xeyir-dua verdilər. Bu işi görə bilərdilər, amma yox dedilər. Alyansın görə biləcəyi iş 50 ton dizel yanacağı vermək oldu. Yəqin bunu verdilər ki, Budapeşt memorandumunu yandıra bilək!! Ümumiyyətlə, məncə, NATO alyans üzvlərini qorumaq iqtidarında deyil. Siz bizim Avropa yolunda axan qanımızın bədələni dizel yanacağı ilə verə bilməzsiz!
Zelenski arxalandığı müttəfiqlərinin biganəliyindən zara gəlmiş kimi görünür. Onun müraciəti əvvəldən-axıra narazılıq, istehza olub.