QafqazTimes.com Bild-ə istinadən xəbər verir: Almaniya nəşriyyəsi Ukrayna prezidenti Zelenskidən müsahibə alıb. Müsahibənin tezislərini təqdim edirik. Zelenski deyib:
Mən çoxdan qaçıb təhlükəsizlikdə ola bilərdim. Amma ailəm məni başa düşür və qərarımı dəstəkləyir.
Kiyev mühasirədədir. Məni düşmənin çox yaxına gəlməsi narahat etmir. Mən mühasirədən qorxmuram. Ən pis hadisə artıq baş verib.
Almaniya Rusiyaya qarşı enerji embarqosuna qoşulmaq istəmir. Mən cənab Şoltsu ittiham etmirəm. Müharibə qurtarandan sonra bu barədə danışacağıq. İndi isə bizə hər dəqiqə dəyərlidir. Hər dəqiqə ölüm var.
Aİ-yə üzvlük barədə nə deyə bilərəm? Bizim üzvlüyümüzə qarşı olan ölkələr düşünr ki, Ukraynada islahatlar olmalıdır. Onlar bizi özləri ilə bərabər görmür.
Bu gün bizim başımıza gələnlər Avropanın da başına gələ bilər. Biz həm də sizə (Avropaya) görə ölürük.
Danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Kompromis olmalıdır, amma kompromis ölkəmin qarşısında satqınlıq olmamalıdır.
Hələ ki Rusiya prezidenti ilə birbaşa söhbətimiz olmayıb. Yalnız birbaşa söhbət müharibəyə son qoya bilər…