Qafqaztimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı Vyanada nüvə danışıqlarının səmərəli olacağına ümid etdiyini bildirib.
Zaxarova həftəlik mətbuat konfransında deyib: “Ümid edirik ki, cümə axşamı bərpa olunan Vyana danışıqları məhsuldar olacaq.”
O, əlavə edib: “Moskva Tehran və Vaşinqtondan nüvə anlaşmasını bərpa etmək üçün Vyana danışıqları zamanı öz addımlarını əlaqələndirmələrini istəyir.”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Rusiya məsləhətləşmələri sürətləndirməkdən və danışıqların əvvəlki raundlarının təcrübə və nəticələrinə güvənməkdən başqa yol görmür.
Zaxarova həmçinin bildirib: “Rusiyanın Nüvə anlaşmasını dirçəltmək cəhdi konkret hansısa tərəfin marağında deyil. Ona görədir ki, biz bu mexanizmin bütün tərəflərin maraqlarına uyğun olduğunu güman edirik.”
Zaxarova həmçinin deyib: “Bilirsiniz, bu sazişdən birtərəfli qaydada geri çəkilən ABŞ-ın əvvəlki administrasiyası idi. Ona görə də Vaşinqtonun Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasına qayıtması labüddür. Birləşmiş Ştatlar bütün bu qanun pozuntularına görə kompensasiya ödəməlidir.”