Türkiyədə dəhşətli zəlzələ zamanı təqribən bir metr çökən İskenderun (Hatay) körfəzində yağan şiddətli yağışdan sonra dəniz və şəhər birləşib, sahil zolağı və yaşayış məntəqələri su altında qalıb.
Yerli hökumət sakinlərə dənizə yaxın ərazilərdən çəkinməyə və zirzəmidə yerləşən müəssisələrdə qalmamağa çağırış edib. Bundan başqa məktəblərdə birgünlük tətil elan edilib.
Qeyd edək ki, Türkiyədə bir neçə gündür başlayan güclü qasırğalar və leysanlardan sonra dənizin daşması nəticəsində bir sıra şəhərləri su basıb. Bazar günü 81 əyalətdən 44-də “narıncı” təhlükə səviyyəsi elan edilib.
“Narıncı” təhlükə səviyyəsi – hava şəraiti ilə əlaqədar elan olunan dörd səviyyədən üçüncüsüdür. Ən yüksək səviyyə “qırmızı” təhlükə səviyyəsidir.