Hindistanda müsəlman ailəsinə qarşı fiziki və psixoloji zorakılıq aktı görüntülənib.
Bir qrup hindu kişi Hindistanın Bijnor şəhərində rənglər və bahar bayramı kimi tanınan Holi ritualları zamanı yoldan keçən müsəlman ailəsinə hücum edib.
Onların üzərlərinə su və Holi rəngləri olan mayelər tökən təcavüzkarlar etdikləri əməli kameraya çəkib və gülərək alçaldıcı ifadələrlə sosial şəbəkədə paylaşıb.
Hücum edənlərdən biri polis tərəfindən həbs edilib.