ABŞ-ın Cənubi Kaliforniya bölgəsində magistral yolda zirehli avtomobildən bir çanta pul yola tökülüb.
Pulu görən digər sürücülər yerə dağılan pulları yığmaq üçün bir-biri ilə yarışıb.
Magistral yolda sürücülər maşınlarını saxlayıb pulu yığmağa başlayıblar.
Əsasən 1 və 20 dollarlıq olan əskinaslar yolun bütün zolaqlarına yayılıb, nəqliyyatın hərəkətini çətinləşdirib.
Pulları yığmaq istəyənlərdən 2 nəfəri saxlanılıb. İtirilən pulun miqdarı məlum deyil.
Bildirilir ki, azı 10 nəfər yığıdıqları pulu polisə təhvil verib.
Zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.