Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunda dayanan yük maşını radara düşüb. Bu barədə sürücü şikayət ünvanlayıb. O bildirir ki, idarə ediyi 99-EX-972 qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə sentyabrın 12-də sözügdən yolda hərəkət edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman yolda olan radar vasitəsi ilə onun barəsində protokol tərtib olunub. Qərarda qeyd olunub ki, dayanan avtomobil 96 km/saat sürətlə hərəkət edib. Fotodan da aydın şəkildə görünür ki, radara düşən ağ rəngli yük avtomobili yolun kənarında dayanıb. O, bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini bildirir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün müraciəti idarəyə daxil olub. Həmin məsələ ilə bağlı araşdırma aparılıb və tərtib olunmuş qərara xitam verilib.