QafqazTimes.com AiF-ə istinadən xəbər verir: ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bəyan edib ki, Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv etməyə hazırdır. Daimi nümayəndə Linda Tomas-Qrinfild bu sanksiyaların ABŞ-ın öhdəçiliklərinə zidd olduğunu bildirib. Nümayəndə deyib: Prezident Bayden mövqeyini aydın ifadə edib – İran adekvat addım atarsa, o İranla nüvə razılaşmasına qayıtmağa hazrdır. Biz razılaşma çərçivəsində bütün sanksiyaları ləğv etməyə hazırıq. İran bundan iqtisadi fayda götürər. Britaniya, Fransa və Almaniya birgə yaydıqları bəyanatda İranı MAQATE müfəttişlərini Kərəc nüvə obyektinə buraxmağa çağırıb. Bəyanatda bildirilir ki, İran nüvə bombası düzəltmək üçün kifayət qədər materiala malikdir.
ABŞ öz vədinə dəfələrlə xəyanət edib. Ağlsız Trampın İsrailin təhriki ilə nüvə razılaşmasını tərk etməsi bu ölkəyə ümidləri qırıb. Görən ötən günkü bəyanat da hiylədir, yoxsa həqiqət?
