Balkona çıxıb imdad diləyən qadının harayına gəldilər. Həqiqət meydana çıxdıqda isə, hamı heyrətə düşdü.
Türkiyənin Denizli vilayətinin Pamukkale rayonunda gecə saatlarında qəribə hadisə baş verib. Eyvanın dəmir barmaqlıqlarına dırmaşan 36 ya.lı qadın, “Kömək edin, evdə kimsə var, məni öldürəcəklər, qadınları öldürürlər, məni xilas edin” deyə qışqırıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən eyvandan çıxarılan qadının kimliyi sonradan bilinib. Polisin apardığı araşdırmada evdə heç kimin olmadığı məlum olub. Bildirilib ki, 36 yaşlı qadının əqli problemləri var və o, müntəzəm şəkildə psixoloq nəzarətində saxlanılır. Bir müddətdir dərmanlarını qəbul etmədiyinə görə yenidən bu cür problemləri baş qaldırıb.
Həmin anlar bir vətəndaş tərəfindən mobil telefonla çəkilib.