Yaponiya Aerokosmik Agentliyinin (JAXA) mütəxəssisləri Kaqosima prefekturasında Taneqasima kosmodromundan buraxılmış H3 raketinin uçuşunu yarımçıq dayandırıblar.
Missiyanın yayımı JAXA-nın “YouTube”dakı kanalında aparılıb.
Buna səbəb kimi missiyanın uğurla başa çatacağını proqnozlaşdırmağın mümkünsüzlüyü göstərlib.
“Raketə məhv olmaq siqnalı göndərildi”, – deyə diktor yayım zamanı elan edib.
Mediada yayılan məlumata görə, JAXA ikinci mərhələ mühərrikinin işə salındığını təsdiq edə bilməyib.
63 metr uzunluğunda olan H3 Yaponiyanın ən böyük daşıyıcı raketidir və maye yanacaqla işləyir. Onun missiyası təbii fəlakətləri izləmək üçün nəzərdə tutulmuş ALOS-3 peykini orbitə çıxarmaq idi. Fevralın 17-də oxşar buraxılış uğursuzluqla başa çatıb – raket yerdən qalxa bilməyib.