Yəmənin “Ənsarullah” hərəkatının üzvləri (husilər) Qırmızı dənizdə ələ keçirdikləri “Galaxy Leader”in göyərtəsindən kadrlar paylaşıblar. Videoda husilərin əllərində Yəmən bayraqları ilə rəqs etmələri görünür.
Xatırladaq ki, noyabrın 19-da husilər Ədən körfəzində “Galaxy Leader” yük gəmisini İsrailə məxsus olduğunu güman edərək ələ keçiriblər. Bir müddət sonra onlar silahlarının əhatə dairəsinə düşən İsrail bayrağı altında üzən bütün mülki gəmilərə hücum edəcəkləri ilə hədələyiblər.
Husilər daha sonra ələ keçirilən gəmi ilə bağlı planlarını açıqlayıblar. Onların sözlərinə görə, gəmi Qəzza zolağında müharibə başa çatdıqdan və yerli sakinlərə humanitar yardım göstərildikdən sonra buraxılacaq.