Yəmən müdafiə qüvvələri ABŞ-ın məxfi sualtı dronunu ələ keçiriblər.
Bu barədə “ƏnsarAllah” hərəkatının üzvləri sosial şəbəkələrdə kadrlar paylaşıblar.
Qeyd edilib ki, söhbət ABŞ-da ən müasir sualtı kəşfiyyat aparatlarından biri olan “Remus 600”dən gedir.
Yeri gəlmişkən, qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yunanıstan bayrağı altında üzən ABŞ-yə məxsus “Sea Champion”un husilər tərəfindən raket hücumuna məruz qaldığı barədə məlumat yayıb.
Bildirilib ki, nəticədə dəyən ziyan cüzi olduğundan gəmi Ədən limanına doğru yoluna davam edib.