Qafqaztimes xəbər verir ki, Yəmən mediası, Sana Beynəlxalq Hava Limanının bağlanması səbəbiylə siam əkizlərinin həyatlarını itirdiyini bildirib.
Yəmənin Əl-Məsirə telekanalına görə, sağlamlıq bürosunun direktoru Mutahhar əl-Mərvəni söyləyib ki, bu əkizlər onları müalicə etmək üçün Yəməndən çıxarılmalarının gecikməsi səbəbilə həyatlarını itirib.
O, Yəmən xəstəxanalarında və tibb mərkəzlərində xüsusi avadanlıq və tibb işçilərinin olmadığından, əkizlərin əməliyyat və müalicə üçün xaricə aparılmalı olduqlarını söyləyib.
Bu Yəmən rəsmisi qeyd edib ki, Sana hava limanı vasitəsi ilə Səudiyyə Ərəbistanından əkizlərin köçürülməsinə icazə almaq üçün dəfələrlə BMT-dən kömək istənildi, lakin müsbət cavab alınmadı.