QafqazTimes xəbər verir ki, Artıq bir neçə gündür ki, Yəmən mediası ötən aprel ayından Səudiyyə koalisiyasına yaxın olan yəmənli fəal Səmira əl-Hourinin yoxa çıxması ilə bağlı xəbərlər yayıb.
Bununla bağlı “Əqidə məhbusları” adlı Twitter hesabı yazıb: “Hüquq müdafiəçisi Səmira əl-Houri aprelin 17-dən oğlu ilə birlikdə Ər-Riyadda itkin düşüb və bunun səbəbi məlum deyil.”
Digər tərəfdən, bəzi media mənbələri yəmənli fəalın Səudiyyə kəşfiyyatı tərəfindən həbs edildiyini və Mərib şəhərindəki qərargahından şəxsi təyyarə ilə Ər-Riyada aparıldığını və onun taleyindən heç kimin xəbəri olmadığını bildirir.
Bir neçə gün əvvəl “Əl-Xəbər Əl-Yəməni” saytı yazıb: “Əl-Hourinin yaxınları onun aprelin ortalarında Səudiyyə Ərəbistanına səfər etdiyini və bu günə qədər ondan xəbər almadıqlarını bildiriblər.”
Məlumata görə, Əl-Hourinin yoxa çıxmasının səbəbi aydın deyil, lakin bəzi fəallar onun son zamanlar koalisiyaya sadiq yəmənli qadın fəallardan ibarət böyük bir şəbəkəni idarə edən Səudiyyə Ərəbistanı səfiri Məhəmməd Səid əl-Cabirlə fikir ayrılıqları olduğunu və onun itkin düşməsinin arxasında məhz bu ixtilafın durduğunu iddia edirlər.
Yəmənli fəallar sosial mediada bildiriblər ki, mövcud məlumatlar əl-Hourinin qeydə alınmış görüntülərdən və telefon danışıqlarından istifadə edərək Əl-Cabiri şantaj etmək ittihamı ilə həbs olunduğunu göstərir. Səudiyyə səfirinin son qalmaqalı mübarək Ramazan ayı öncəsi yəmənli fəalla keçirdiyi şəxsi görüşdə üzə çıxıb və bu görüşün fotolarının yayılması Səudiyyə səfirinin şəxsiyyətini ortaya qoyub.
Fəallar deyirlər ki, Səudiyyə səfirinin telefon danışıqları, video və səs yazıları onun əxlaqsız qalmaqallarını ifşa edir və onun Yəməndəki nüfuzundan istifadə edərək yəmənlilərin ləyaqətini ləkələmək istədiyini göstərir.