Qafqaztimes xarici mənbələrə istinadən xəbər verir ki, sionist işğalçı İsrail rejimi Yəmən müqavimət qüvvələrinin İsrailin hücumuna cavab vermə ehtimalını nəzərə alaraq, mühüm və strateji hissələrdə döyüş hazırlıq vəziyyətini artırıb
Əl-aləm şəbəkəsinin Yəmənin Hudeydə limanındakı müxbirinin verdiyi məlumata görə, dünən kriminal əməliyyatda onlarla İsrail döyüş təyyarəsi Əl Hudeyda limanındakı bir sıra həyati əhəmiyyətli və mülki obyektlərə, xüsusilə neft çənlərinə hücum edib. Bu hücumlar neft çənlərinin yanmasına və bu ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Yəmən vətəndaşı Əbu İhab Əl-Aləm Şəbəkəsinə deyib: Sionist rejim Yəmənin pilotsuz təyyarələrinin Təl-Əvivə hücumuna cavab olaraq bu cinayəti törədib, lakin onlar nə qədər cinayət törətsələr də, nə qədər hava hücumu etsələr də, biz Qəzzənin yanında qalacağıq.
Əl-Aləm şəbəkəsinin müxbirinin xəbərinə görə, sionist rejimin mülki liman və obyektlərə qarşı cinayətləri, obyektlərin işini pozmaqla yanaşı, onlarla işçinin həlak olması və ya yaralanmasına səbəb olub. Bu 10 il əvvəldən mühasirədə və müharibədə olan Yəmən vətəndaşlarına çətindir.
Digər Yəmən vətəndaşı doktor Əbdül Rəzzaq əl-Məzvahi deyib: “Biz ölümün dərinliklərinə gedərik və bədən üzvlərimiz parçalansa, bədənimiz toz kimi havaya səpələnsə belə, Allah yolunda ölməyə hazırıq. Amma biz geri çəkilməyəcəyik və silahımız və canımızla hazırıq, Allah yolunda Məscidül-Əqsaya və Qəzzə mücahidlərinə dəstək olaraq canımızı fəda edərik.
2 şərhlər
This design is incredible! You obviously know how to keep a reader entertained.
Between your wit and your videos, I was almost moved to start my
own blog (well, almost…HaHa!) Fantastic job.
I really enjoyed what you had to say, and more than that, how you presented it.
Too cool!!
Hey! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good
success. If you know of any please share. Appreciate it!
I saw similar blog here: Eco product