QafqazTimes xəbər verir ki, uşaqların hüquqlarını müdafiə edən beynəlxalq “Save the Children” təşkilatı bildirib ki, ötən ay (yanvar ayı) 2018-ci ildən bəri Yəməndə ən qanlı aylardan biri olub.
Bu təşkilatın bəyanatında bildirilir ki, Yanvarın 6-dan fevralın 2-dək 220-dən çox böyük və 15 uşaq həlak olub, 354-dən çox böyük və 30 uşaq isə yaralanıb və faktiki sayın daha çox olacağı ehtimal olunur.
Bəyanatda həmçinin bildirilir ki, ötən ay ərzində Yəməndə hər saatda bir dinc sakin ölmüş və ya yaralanmışdır. Yanvarda mülki itkilərin sayı 2021-ci ildə orta aylıq ölənlərin (ölənlərin və ya yaralananların) sayından (209 nəfər) təxminən üç dəfə çox olub.
Bu hesabata görə, BMT-nin İnsan Haqları Şurasının ötən ilin oktyabrında Yəməndə Müharibə Cinayətlərinin Araşdırılması üzrə Xüsusi Komissiyanın mandatına xitam verilməsindən sonra ölənlərin və yaralananların sayı əhəmiyyətli dərəcədə artıb.