Milyonlarla yəmənli Qəzzə xalqına dəstək məqsədilə mitiqlərinə davam edir.
Əl Aləm telekanalının məlumatına əsasən, Yəmən xalqı bu gün (3 yanvar) paytaxt Səna meydanında sionist rejimin Fələstin xalqına qarşı törətdikləri soyqırımına etiraz əlaməti olaraq mitinq keçiriblər.
Mitinq iştirakçıları mübarək Rəcəb ayının ilk cümə gününü təbrik edərək Allah Taala ilə Fələstin xalqına dəstək üçün əhd bağladıqlarını vurğulayıblar.
Mitinqin sonunda yayımlanan bəynatada deyilir: Əcdadlarımızın bağladıqları əhdə vəfadarlıqla biz də Fələstin xalqına dəstək verəcəyimiz barədə Allahla əhd bağlayır, Allah Rəsulu Məhəmmədin (s) haqqına məzlumların hüququnu müdafiə edəcəyimizə söz veririk. Biz bayrağımızı dik saxlayacaq, düşmənlə mübarizə meydanını boş qoymayacaq, etiqadlarımıza sadiq qalacağıq.
Bəyanatda həmçinin deyilir: Allaha şükürlər olsun ki, Amerika və İngiltərənin İsrail düşməninin dəstəyinə görə bir ildən artıqdır ki, ölkəmizə olan hücumlarının qarşısında boyun əymədik və düşməni məğlubiyyət həddinə çatdırdıq.