QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı Moskvanın yəmənlilərə buğda ilə bağlı yardım təklifinə işarə edərək Rusiyadan buğda və neft məhsullarını rublla almağa hazır olduğunu açıqlayıb.
“Russia Today”-in məlumatına görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Hüsi Tvitter hesabında yazıb: “Rusiya bu yaxınlarda bizə buğda ilə bağlı kömək təklif etdi. Ona görə də biz Dövlət Departamentindəki qardaşlara deyirik ki, Rusiyadan buğda və neft məhsulları almaq çox münasibdir. Bu alış rublla həyata keçiriləcək və biz başqa valyutalardan istifadə etməyəcəyik.”
Buğda və taxılın əsas ixracatçıları olan Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri taxıl bazarında qeyri sabitlik müşahidə olunur.
Qeyd edək ki, dünən (çərşənbə) dünya bazarında buğdanın qiymətində 1,060 faiz bahalaşma müşahidə olunub. Dünya bazarında tədarük çatışmazlığı səbəbindən taxıl bazarları ümumilikdə qeyri-sabitdir.