Yəmən təbliğat idarə rəisinin müavini Tehran-riyaz münasibətlərinin normallaşmasının sevindirici hadisə olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, baş komandir Abdullah Bin Amir deyib: hər hansı bir islam ölkəsi arasında münasibətlərin yaxşılaşması Yəmən üçün sevindirici bir hal kimi qəbul edilir. Biz bunu müsbət dəyərləndiririk. Amma bu münasibətlərin Yəmən müharibəsinə necə təsir edəcəyi bizim üçün daha önəmli faktordur. Çünki biz həmişə olduğu kimi təcavüzkarlığa son qoyulması və hərbi əməliyyatların tamamilə dayandırılmasını istəyirik.
A.Amir həmçinin qeyd edib: Yəməndə iki əsas amil hakimdir. 1. Təcavüzkarlığın davam etdirilməsi 2. Mühasirə faktoru. Bu iki amil dayandırlmazsa, Yəmən böhranının həlli düyün olaraq qalacaq.
A.Amirinin sözlərinə görə hal-hazırda dövlət konfliktlərin minimum həddə çatdırılması istiqamətində fokuslanıb və bu fokuslanmanın detallarını tezliklə media vasitələrində izləyə bilərsiniz.