QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəmən ordusunun raket bölməsinin Şəbva əyalətindəki mövqelərə hücumu nəticəsində çox sayda BƏƏ-ə bağlı qüvvələrin həlak olduğu və yaralandığını bildirib.
Əl-Aləm telekanalının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bəyan edib ki, BƏƏ-ə bağlı muzdluların və İŞİD üzvlərinin Şəbva əyalətinin “Asilan” məntəqəsindəki toplaşdıqları yer ballistik raketlə hədəfə alınıb.
Yəmən ordusunun sözçüsü Twitter hesabında əməliyyat zamanı komandirlər də daxil olmaqla, bu muzdurların 40-a yaxın üzvünün öldürüldüyünü və ya yaralandığını və bir çox hərbi texnikalarının məhv edildiyini açıqlayıb.
Dünən gecə Yəməndə BƏƏ-nin dəstəklədiyi “Amaleqə Briqadası” kimi tanınan silahlılar Şəbva və Marib əyalətlərindəki əməliyyatlarının başa çatdığını iddia edərək, qüvvələrinin Şəbvada yenidən yerləşdirilməsi prosesinin başladığını elan ediblər.