Yəmən Milli Qurtuluş Dövlətinin baş naziri sionist rejimlə mübarizənin 5-ci mərhələsinə daxil olduqlarını bəyan edərək Qırmızı dənizdən ötərək Eilat limanı və Aralıq dənizində vuruşmalardan xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əbdül Əziz Bin Hibtur bu gün (29 iyul) deyib: Yəmən Fələstin xalqının müdafiəsi üçün Sio-ABŞlayihəsi ilə qarşı-qarşıyadır və bu mübarizədə bütün potensiallarından istifadə edəcək.
Bin Hibtur deyib: Yəmən müqavimətin bir parçası kimi Qəzzədə Əl Əqsa Tufanı əməliyyatı başlayandan Fələstin xalqına dəstək durmağı öz dini və etik vəzifəsi hesab edir, bu vəzifəni canla-başla icra və təsirli olduğunu sanır.
Onun sözlərinə görə işğalçı sionist rejimlə vuruşlar tam qaydasındadır və soyqırım amilləri öz cinayətlərindən əl çəkməyənə qədər biz də bu vəzifəmizi yerinə yetirəcəyik.
Bin Hibtur Səna-Riyaz münasibətlərinə aydınlıq gətirərək deyib: Faktiki olaraq bir il öncədən ortaq bir məxrəcə gəlib bir sıra humanitar problemləri həll edərək siyasi konfliktlərimizin çözülməsi, düşmən və muzdurlarının planları üzərində işləyirik.
Baş nazir söhbətinin sonunda deyib: Hal-hazırda Səudiyyə Ərəbistanı ilə sülh yollarının həlli istiqamətində danışıqlar üçün BƏƏ-yə gəlmişik. Onlar dostluq əllərini bizə sarı uzadarlarsa, biz də dosluqla qarşılıq verəcək, ölkəmizdə sülhü bərpa edəcəyik.