Yəmən Silahlı Qüvvələrinin sözçüsü General “Yəhya Səri” cümə gecəsi etdiyi açıqlamada, Yəmən ordusunun son 24 saat ərzində işğal altındakı Fələstin torpaqlarndakı İsrail rejiminə iki raket hücumu həyata keçirdiyini bildirdi.
O, bu hücumun məzlum Fələstin xalqını dəstəkləmək və Sionist rejimin cinayətlərinə cavab olaraq edildiyini vurğuladı.
Bəyanata uyğun olaraq, Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri, işğal altındakı Fələstinin cənubunda yerləşən Yafa bölgəsindəki bir hərbi mövqeyi ballistik raketlə vurdu.
O, bu hücumu uğurlu olaraq qiymətləndirdi və bunun Yəmən ordusunun son 24 saat ərzində həyata keçirdiyi ikinci əməliyyat olduğunu söylədi.
Yəhya Səri, Yəmən Silahlı Qüvvələrinin əməliyyatlarının, Amerikanın təcavüzünün nə qədər davam etməsindən asılı olmayaraq, davam edəcəyini vurğuladı.
O, bu əməliyyatların və İsraillə əlaqəli gəmilərin hərəkətinin qadağan edilməsinin, Qəzzəyə təcavüzün dayandırılması və bu bölgənin mühasirəsinin aradan qaldırılmasına qədər davam edəcəyini söylədi.
Qafqaztimes