Qafqaztimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, İsarilin Qəzza xalqının qətliamına cavab olaraq Yəmən Silahlı Qüvvələri yenə də 3 xüsusi hərbi əməliyyat keçirib. Əməliyyatlardan birində işğalçı İsrailə aid neft gəmisi vurulub.
Qeyd edək ki, Qəzza xalqının müdafiəsi məqsədilə Yəmən öz nəzarətində olan sulardan İsrail, Amerika və İngiltərəyə aid gəmilərin hərəkətinə mane olur.