Pilotsuz uçuş aparatları əməliyyatı həyata keçirildi
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib:
Yəmən Silahlı Qüvvələrinin raket bölməsi işğal altındakı Yafada yerləşən Ben Qurion hava limanına qarşı “Fələstin-2” adlı hiper səs sürətli ballistik raketlə dəqiq və inkişaf etmiş hərbi əməliyyat həyata keçirdiyini elan edib. Bu qüvvələrin sözlərinə görə, hücum uğurla hədəfə dəyib, hava limanının fəaliyyətinin dayanmasına və sionistlərin geniş şəkildə sığınacaqlara qaçmasına səbəb olub.
Eyni zamanda, Yəmən Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları bölməsi də üç pilotsuz aparatla Yafa, Aşkelon və Ümm-əl-Rəşrəş (Eylat) bölgələrində sionist rejimə məxsus üç həssas hədəfə qarşı əməliyyatlar keçirib.
