QafqazTimes xəbər verir ki, Yəhya Səri qısa açıqlamasında deyib: “Havadan müdafiə qüvvələrimiz Həccə vilayətinin Harz şəhəri səmasında casusluq fəaliyyəti həyata keçirərkən Amerika istehsalı olan bir “Eagle scan” casus pilotsuz təyyarəsini vurmağa müvəffəq olub.
Bundan əlavə Yəmənin Milli Qurtuluş Ordusunun hərbi hava qüvvələri Əl-Covf vilayətində ABŞ istehsalı olan MQ-9 casus pilotsuz təyyarəsini və Mərib vilayətinin Əl-Cubə şəhəri səmasında “Eagle scan” uçan aparatını vurub.
Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı 26 aprel 2015-ci ildən Yəmənin istefa vermiş prezidentini yenidən hakimiyyətə gətirməyə çalışdığını iddia edərək, Yəmənə qurudan, havadan və dənizdən hərbi müdaxilə və mühasirəyə başlamışdır. Səudiyyə koalisiyası bu müharibədə öz hədəflərinə nail ola bilməyib və bu təcavüz yalnız on minlərlə yəmənlinin öldürülməsi və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun dağıdılması, aclıq, qıtlıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib